Şeydayevin komandasından “qol yağışı”

Slovakiya çempionatında 4-cü turun oyunları keçirilib. 

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu son çempion "Jilina" doğma meydanda "Seniça" ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 7:1.

Əvvəlki oyunlarda olduğu kimi, millimizin forvardı bu qarşılaşmanın da iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.

Xatırladaq ki, əvvəlki turlarda ardıcıl məğlubiyyətlərlə üzləşmiş ötən mövsümün çempionu "Jilina" ilk qələbəsindən sonra 3 xalla 12 klub arasında 10-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right