Paşayevin komandası "Şaxtyor"a uduzdu

Ukrayna çempionatında 5-ci turun oyunları keçirilib. 

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" da növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda Donetsk "Şaxtyor"u ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Millimizin üzvü bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

"Aleksandriya" 5 turdan sonra 3 xalla 12 klub arasında 10-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right