"Qarabağ"ın rəqibi yenə qələbəyə həsrət qaldı

Danimarka çempionatında 5-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, UEFA Çempionlar Liqasının pley-off mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "Kopenhagen" də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda "Horsens"lə qarşılaşıb. Matçın ilk yarısında hesabda geri düşən "Kopenhagen" 77-ci dəqiqədə Federiko Santanderin vurduğu qolla məğlubiyyətdən xilas olub - 1:1.

Qeyd edək ki, 5 turdan sonra 6 xala malik Ağdam klubunun rəqibi 14 klub arasında 7-cidi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right