Premyer Liqanın açılış matçında 7 qol

İngiltərə çempionatının növbəti mövsümünə “Arsenal” – “Lester” matçı ilə start verilib.

Newsport.az saytının məlumatına görə, başdan sonra qədər gərgin keçən matçda azarkeşlər 7 qol izləyiblər.

“Arsenal” erkən qolla hesabı açsa da, sonradan 2 dəfə geriyə düşüb. 83-cü dəqiqədə hesabda 2:3 geridə olan ev sahibi ümidsizliyə qapıldığı anda meydanda maraqlı hadisələr cərəyan edib. Belə ki, “Arsenal” 2 dəqiqəyə 2 qol vuraraq hesabda önə keçib və 4:3 hesabı ilə əzmkar qələbə qazanıb.

"Arsenal" - "Lester" - 4:3
Qollar:
 Lakazetti, 2 (1:0), Okazaki, 5 (1:1), Vardi, 29 (1:2), Uelbek, 45+1 (2:2), Vardi, 56 (2:3), Remzi, 83 (3:3), Jiru, 85 (4:3), 

Qeyd edək ki, turun digər oyunları bu gün və sabah keçiriləcək.

 


 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right