"Anortosis" rəsmisi Araz Abdullayevin transferindən danışdı

Kiprin "Anortosis" klubunun vitse-prezidenti Kiriakos Ciaqku "Qəbələ"nin və Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevin transferindən danışıb.

Newsport.az-ın məlumatına görə, Famaqusta təmsilçisinin rəsmisi Arazla yanaşı kot-d-ivuarlı Seyku Sisse adlı hücumçunun da heyətə cəlb ediləcəyini bildirib: "Araz Abdullayevin transferi başa çatıb. Sisse isə qarşıdakı 2-3 gündə rəmən bizimlə olacaq. Sisse ilə bağlı bəzi məsələlər qalıb. Biz hər iki futbolçuyla razılaşmışıq. Ümid edirik ki, onlar yeni mövsümün əvvəlindən bizə kömək edəcəklər".

Xatırladaq ki, "Anortosis" Arazla 1 illik müqavilə bağlayıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right