"Qarabağ"ın sabiq futbolçusu Türkiyədə klubunu dəyişdi

"Qarabağ"ın sabiq futbolçusu Raydell Puponun yeni komandası məlum olub.

Newsport.az-ın məlumatına görə, son mövsüm "Boluspor"da çıxış edən hollandiyalı forvard karyerasını yenə də Türkiyədə davam etdirəcək. 29 yaşlı futbolçu I Liqada çıxış edən "Griresunspor"a transfer olub.

Qeyd edək ki, Pupon son mövsüm türkiyə I Liqasında 20 qol vurub. O, 2015/16 mövsümünün ilk yarısını “Qarabağ”da keçirib və 15 oyuna 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right