Arda Turan yenə gündəmdə: "Yaşasın, Türkiyə-Azərbaycan qardaşlığı!"

“Barselona”nın türk futbolçusu Arda Turan Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında qızıl medal qazanan Ramil Quliyevi təbrik edib.

Newsport.az-ın məlumatına görə, bu barədə şəxsi “İnstagram” və Tvitter hesabında paylaşım edən 30 yaşlı futbolçu Ramilin şəklin paylaşaraq onu təbrik edib:

“Çempion... Yaşasın, Türkiyə-Azərbaycan qardaşlığı!”
“Halal olsun, Ramil Quliyev. Çox böyük uğurdur, çox!"

Xatırladaq ki, Türkiyəni təmsil edən həmyerlimiz R.Quliyev 200 metr məsafəyə qaçışda finişə 20.09 saniyəyə birinci çatmaqla dünya çempionu adını qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right