“Mançester Yunayted”in 19 yaşlı müdafiəçisi “Kristal Pelas”da

İngiltərə Premyer Liqa təmsilçisi “Kristal Pelas” heyətini yeni futbolçuyla gücləndirib. 

Newsport.az-ın məlumatına görə, London klubu “Mançester Yunayted”in futbolçusu Timoti Fosu-Mensanı heyətinə cəlb edib.

Bu barədə məlumatı klubun saytı yayıb. “Qartallar” 19 yaşlı müdafiəçini bir illik icarəyə götürüb. Hollandiyalı futbolçu yeni klubunda 24 nömrəli formada çıxış edəcək. Mensa ötən mövsümdə cəmi 8 oyunda şans qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right