İran millisindən radikal qərar Qovuldular

İran Futbol Federasiyası gözlənilməz qərar qəbul edib.

Newsport.az-ın məlumatına görə, qurum rəhbərliyinin qərarına əsasən, Yunanıstanın “Panionios” klubunun futbolçuları- İshan Haci Şafi və Məsud Şucai İran millisindən birdəfəlik kənarlaşdırılıblar.

Buna futboloçuların Avropa Liqasının III təsniaf mərhələsinin cavab oyunları çərçivəsində İranın düşməni sayılan İsrailin “Makkabi Təl Əviv” klubuna qarşı forma geyinmələri səbəb olub.

Bu barədə məlumatı İranın Gənclər və idman nazirinin köməkçisi Muhammed Reza Davarzani verib.

O, futbolçuların İran xalqına hörmətsizlik etdiyini bildirib: “Onların hərəkəti İran xalqı üçün qəbuledilməzdir. Şəfi və Məsud bundan sonra İran millisinin formasını geyinə bilməzlər”.

Federasiyanın belə bir qərar verməsi bir çox iranlı futbolçunun etirazına səbəb olub. Onlar futbolçuların çıxış yollarının olmadığını bildiriblər.

Qeyd edək ki, hər iki futbolçu iyulun 27-də İsraildə baş tutan oyunda meydana çıxmaqdan imtina etsələr də, avqustun 3-də Yunanıstanda keçirilən qarşılaşmada 90 dəqiqə meydanda olublar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right