Məşhur futbolçu məşqçiliyə başladı

“Arsenal”ın sabiq futbolçusu Kolo Ture məşqçi fəaliyyətinə başlayıb.

Newsport.az-ın məlumatına görə, bu il karyerasını bitirən sabiq müdafiəçi Fil Dişi Sahilinin gənclər millisində məşqçi kimi çalışacaq.

Qeyd edək ki, Ture “Arsenal”la yanaşı “Mançester Siti”, “Liverpul” kimi klublarda çıxış edən 35 yaşlı futbolçu son olaraq “Seltik”in şərəfini qoruyub. O, 2000-2015-ci illərdə Fil Dişi Sahili millisində oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right