"Barselona" Neymarın boşluğunu doldurmaq üçün axtarışda

Bir müddət öncə 222 milyon avro qarşılığında hücumçusu Neymarı PSJ-yə satan “Barselona” braziliyalının boşluğunu doldurmaq üçün axtarışlarını davam etdirir.

Newsport.az-ın məlumatına görə, “Barsa” Dortmund “Borussiya”sının futbolçusu Usman Dembelenin transferində maraqlı olsa da, almanlar heç cür Kataloniya klubunun təklifləriylə razılaşmır.

Gənc futbolçunun transferi üçün danışıqların uzanması “Barselona”nı digər variantları da nəzərdən keçirməyə sövq edir. 

Belə ki, İspaniyanın “El Mundo Deportivo” nəşrinin yaydığı məlumata görə, Kataloniya təmsilçisi Dembeleyə alternativ variant kimi PSJ-nin futbolçusu Anxel Di Maria və “Atletiko”nun üzvü Yannik Ferreyra-Karraskonu da diqqət mərkəzində saxlayıb.

Tranfer pəncərəsi bağlanana kimi “Barselona”nın bu futbolçulardan birini heyətinə cəlb etməsi gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right