Nazarovun komandasından növbəti məğlubiyyət

Almaniya II Bundesliqasında II turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, hesabat turunda millimizin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Aue” klubu da növbəti oyununu keçirib.

“Bənövşəyilər” səfərdə “Haydenhaym”la qarşılaşıblar. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Belə ki, 22-ci dəqiqədə Thiel ev sahiblərini öncə keçirib. “Aue” 31-ci dəqiqədə Soukonun vurduğu qolla hesabı bərabərləşdirsə də, “Haydenhaym” matçın sonuna 9 dəqiqə qalmış qələbə qolunu vurmağı bacarıb.

Millimizin futbolçusu bu görüşə start heyətində başlayıb və sona qədər meydanda olub.

Qeyd edək ki, “Aue” keçirdiyi iki oyundan sonra aktivinə xal yazdıra bilməyib. Komanda hazırda buraxdığı qolların sayına görə turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right