"Fənərbaxça" ispaniyalı hücumçunu transfer etdi

“Fənərbaxça” növbəti transferini gerçəkləşdirib.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi “Vilyarreal”ın hücumçusu Roberto Soldadonu rənglərinə bağlayıb. 32 yaşlı forvard tezlkiklə Türkiyəyə gələcək və "sarı-lacıvərdlilər"lə müqavilə imzalayacaq. Bu keçid üçün "Fənərbaxça" "sarı sualtı qayığ"a 4 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü ötən mövsüm zədə səbəbindən 6 ay yaşıl meydanlardan uzaq qalıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right