Neymarın debütü yenə baş tutmayacaq

Neymarın Fransanın PSJ klubunda debütü bu həftə də baş tutmayacaq.

Newsport.az-ın məlumatına görə, buna səbəb Liqa 1 rəhbərliyinin braziliyalı futbolçunun oynamasına icazə verməməsidi. Məsələ burasındadı ki, futbolçunun transferi ilə bağlı beynəlxalq sertifikat hələ də Fransa Liqa 1-nə təqdim olunmayıb. Sözügedən sənədi isə İspaniya La Liqasının rəhbərliyi təqdim etməlidi. Amma məlum olmayan səbəblərdən Neymarın transfer vərəqi gecikir. Bu üzdən də "Barselona"nın sabiq üzvünün 2-ci turda "Genqam"la səfər oyununda da yeni komandasına kömək etməsi mümkün olmayacaq.

"Genqam" - PSJ matçı avqustun 13-də keçiriləcək. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right