Modriç 3 il öncəki qırımızı vərəqə səbəbindən "El Klassiko"da oynamayacaq

Həftənin bazar günü "Barselona" ilə İspaniya Super Kubokunun qalibini müəyyənləşdirəcək "Real" oyuna ciddi itki ilə çıxacaq.

Newsport.az-ın məlumatına görə, "kral klubu" yarımmüdafiəçisi Luka Modriçin xidmətindən yararlana bilməyəcək. Buna səbəb isə xorvatiyalı ulduzun 3 il əvvəl aldığı qırmızı vərəqdir. Belə ki, 31 yaşlı yarımmüdafiəçi 2014-cü ilin avqustun 22-də keçirilən "Atletiko" ilə Super Kubok matçında aldığı qırmızı vərəqəyə görə "Nou Kamp"da keçiriləcək ilk qarşılaşmada oynamayacaq. Həmin ildə "Real"la ilk oyunda 1:1 hesablı heç-heçə edən "Atletiko" cavab matçında 1:0 qalib gələrək kuboku başı üzərində qaldırmışdı. Modriç də cavab qarşılaşmasının 48-ci dəqiqəsində ikinci sarı vərəqəni alaraq cəzalı durumua düşmüşdü.

İspaniyada olan qaydalara görə, Modriç qırmızı vərəqə cəzasını Super Kubok matçında çəkməli idi. 2014-cü ildən sonra "Real" iki mövsüm Super Kubokda çıxış etmədi.

2017/18 mövsümünə İspaniyada iki "El-Klassiko" ilə start veriləcək. Modriç avqustun 13-də "Nou Kamp"da keçiriləcək qarşılaşmada oynamayacaq. Xorvatiya yığmasının üzvü 4 gün sonra Madriddə baş tutacaq görüşdə şans qazana biləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right