Rauf Əliyev Albaniya klubunda

"İnter"lə yollarını ayıran Azərbaycan yığmasının hücumçusu Rauf Əliyev karyerasını ölkə xaricində davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, millimizin forvardı Albaniyanın "Kukesi" klubuna keçib. Bu barədə məlumatı Albaniya mətbuatı yayıb. Xəbərdə millimizin hücumçusunun “Kukesi”ylə razılığa gəldiyi, avqustun 11-də bu klubun düşərgəsinə qatılacağı qeyd edilib.

“Kukesi” son Albaniya çempionudu. Kukesi şəhərinin təmsilçisi Çempionlar Liqasının cari mövsümündə 2-ci təsnifat mərhələsində “Şerif”ə uduzaraq, mübarizəni dayandırıb (2:1, 0:1)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right