"Zenit" "Atletiko"nun futbolçusunu transfer etdi

"Zenit" "Atletiko"nun futbolçusu Matias Kranevitteri transfer edib.

Newsport.az saytının məlumatına görə, 24 yaşlı argentinalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Bu barədə Rusiya klubunun rəsmi saytı məlumat yayıb. "Zenit"  bu transfer üçün 8 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, Argentina millisinin üzvü olan Kranevitter ötən mövsüm icarə əsasında çıxış etdiyi "Sevilya"da 21 matçda oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right