Sabiq "Qarabağ"lı Portuqaliya klubunda

"Qarabağ"ın sabiq futbolçusu Danilo Dias özünə yeni komanda tapıb.

Newsport.az saytının məlumatına görə, 31 yaşlı futbolçu karyerasını yenidən Portuqaliyada davam etdirəcək. Təcrübəli futbolçu yenidən "Unian Madeyra" klubu ilə anlaşıb. Yarımmüdafiəçi köhnə-yeni klubu ilə 1 illik müqavilə imzalayıb. Braziliyalı futbolçu 2015-2016 mövsümündə də "Unian Madeyra"da çıxış edib. Komanda hazırda Portuqaliyanın 1-ci divizionunda mübarizə aparır. 

Qeyd edək ki, Danilo Dias "Qarabağ"da 2014-2015 mövsümündə oynayıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right