"Qarabağ"la oyunlar komandamız üçün nə qədər vacibdirsə..." - "Kopenhagen"in futbolçusu

"Qarabağ"ın ÇL-in ple-off mərhələsindəki rəqibi olan Danimarkanın "Kopenhagen" klubunun futbolçusu Tutu Yussef açıqlama verib.

Newsport.az saytının məlumatına görə, paytaxt təmsilçisi ölkə çempionatının 4-cü turunda rəqib meydanında “Brondbü” ilə qarşılaşıb. Derbi oyunu "Qarabağ"ın rəqibi üçün uğursuz alınıb. Son dəqiqədə Tibblinqin vurduğu qol “Kooenhagen”in 0:1 hesablı yenilgisinə səbəb olub. Matçdan sonra yerli mətbuata açıqlama verən yarımmüdafiəçi fikirlərini bildirib. O, daxili çempionatla yanaşı, Çempionlar Liqası haqda da danışıb:

"Biz hər dəfə top itirdiyimizdə qapımızda təhlükə yaranırdı. İlk yarıda yalnız bir şansımız oldu. "Brondbü"nün xəttlərarası əlaqəsi inanılmaz idi. Azarkeşlər bizdən yaxşı oyun gözləyir. Avropada uğurlu çıxış etsək də, çempionatda heç də hər şey yolunda getmir. Bizi Çempionlar Liqasında ağır oyun gözləyir. "Qarabağ"la oyunlar komandamız üçün nə qədər vacibdirsə, daxili liqada da bütün oyunlar elədir. Komandamızda bir çox problemlər var. Yoluna qoymalıyıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right