“Qarabağ” mənimlə ciddi maraqlanırsa, klubum və menecerimə danışmalıdı"

Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”a məğlub olaraq mübarizəni dayandıran “Şerif”in hücumçusu Ziduy Badibanqa müsahibə verib. 

Newsport.az həmin müsahibəni təqdim edir. 

- Öncə əvvələ qayıdaq. Püşk atılana qədər “Qarabağ” haqda məlumatınız var idi?

- Bəli, “Qarabağ”I tanıyırdıq və güclərinə də bələd idik. Eyni zamanda bilirdik ki, Tiraspoldakı oyun rəqibimiz üçün daha çətin olacaq. Çünki evdə oynamağımız bizim üstünlüyümüz idi. Gözlətilərimiz özünü doğrultdu. Evdə həqiqətən də biz daha üstün oynadıq. Lakin təəssüf ki, əlimizə düşən şanslardan istifadə eliyə bilmədik.

- “Qarabağ”ı üstələməyinizə nə mane oldu?

- Bakıdakı oyunda qol vura bilməməyimiz.

- Lakin etiraf edək ki, Bakıdakı oyunda qol üçün demək olar, şansınız olmadı...

- Bəli, elə də çox şansımız olmadı. Bu da təbiidir, çünki “Qarabağ” öz azarkeşləri önündə oynayırdı. Bu mənada qol epizodu yaratmaq bizim üçün çətin idi. Deyərdim ki, Bakıdakı atmosfr heyrətamiz idi.

- Bakıdakı oyunu yüksək səviyyədə keçirdin və diqqət çəkdin. Hətta azərbaycanlı azarkeşlərin çoxu sizin “Qarabağ”a keçməyinizi də istəyir. Bu haqda nə deyə bilərsən?

- Bütün bunlardan xəbərim var. Sosial şəbəkədə sizin fanatlardan çoxlu mesajlar alıram. Oyunumu bu cür yüksək qiymətləndirdikləri üçün onların hər birinə təşəkkür edirəm.

- “Qarabağ”dan təklif alsan, bu kluba keçərsən?

- Hazırda “Şerif”lə 2 illik müqaviləm var. Ona görə də bu barədə danışmağım düzgün olmaz. Daha çox çalışıram ki, “Şerif”də keçirdiyim hər andan ləzzət alım. Konkret sualınıza cavab olaraq isə onu deyim ki, əgər “Qarabağ” mənimlə ciddi surətdə maraqlanırsa əvvəlcə kluba, sonra isə mənim menecerimə müraciət etməlidir.

- Vikipediyada olan məlumatlara görə heç vaxt Belçika yığmasına dəvət almamısan. Necə düşünürsən, bundan sonra da Moldova çempionatında oynamaqla bu şansın nə qədər yüksək ola bilər? Üstəlik, hazırda Belçika millisinə Hazard, Lukaku kimi hücumçular çıxış edir…

- Gözəl başa düşürəm ki, güclü çempionatda çıxış etməyəcəim təqdirdə milliyə düşməyim də çox çətin olacaq. Lakin mən Allaha inanan insanam və O istədikdən sonra hər şey mümkündür. Təbii ki,öz gücümə də inanmalıyam.

- Avropa Liqasında siz “Legia” ilə üz-üzə gələcəksiniz. “Qarabağ” isə Çempionlar Liqasında “Kopenhagen”lə qarşılaşacaq. Bu cütlükləri necə dəyərləndirərdin?

- Hər iki cütlükdə komandaların gücü bərabərdir.  Ona görə şansları 50/50-ə dəyərləndirərdim. Bu,elə görüşlərdi ki, ev oyunlarında kim şanslardan daha yaxşıistifadə etsə, mərhələni keçmək şansı da daha yüksək olacaq. Çünki səfər görüşləri daha ağır olur. (rekord.az)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right