1,2 milyard avroluq oyun

Sabah UEFA Super Kubokunun yeni sahibi məlum olacaq.

Newsport.az-ın məlumatına görə, final oyununda Avropa Liqasının qalibi "Mançester Yunayted"lə Çempionlar Liqasını qazanan "Real" klubları qarşılaşacaqlar. Oyundan öncə "transfermarkt" hər iki komandanın dəyərini açıqlayıb.

İki komandanın birgə dəyəri 1 milyard 273 milyon 650 min avrodur. Madrid "Real"ının heyəti 714 milyon 800 min avrodur. "Qırmızı şeytanlar"da isə bu, 558 milyon 850 min avrodur.

Qeyd edək ki, Super Kubok matçı sabah Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right