Emin Mahmudov mövsümün ilk matçında oynamadı

Portuqaliya çempionatında yeni mövsümə start verilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin Mahmudovun formasını geyindiyi "Boavişta" səfərdə "Portimonenşe" ilə qarşılaşıb. Üç qolun vurulduğu oyunda qələbə meydan sahiblərinə qismət olub - 2:1.

Emin bu qarşılaşmanın iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right