UEFA-dan paytaxt klubuna sərt cəza - 2 oyun, 130 min avro

UEFA Serbiyanın “Partizan” klubunu cəzalandırıb. 

Newsport.az-ın məlumatına görə, Belqrad təmsilçisi Avropa Liqasında qarşıdakı 2 ev oyununu tamaşaçısız keçirəcək.

Buna, “ağ-qaralar”ın Çempionlar Liqasının 2-ci və 3-cü təsnifat mərhələsi çərçivəsində “Buduçnost” və “Olimpiakos”la ev oyunlarında yaşanan hadisələr səbəb olub.

Belə ki, hər iki ev oyunda paytaxt təmsilçisinin azarkeşləri meydana kənar əşyalar atıb, təhlükəli protexniki vasitələrdən istifadə etməklə yanaşı, irqçi şüarlar da səsləndiriblər.

Qitənin ali futbol qurumu azarkeşlərinin hərəkətlərinə görə “Partizan”a 2 oyunluq tamaşaçısız oynamayla yanaşı, 130 min avro dəyərində pul cəzası da verib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right