"Kopenhagen"in baş məşqçisi: "Komandada təzyiq var"

"Brondbü" layiqli qələbə qazandı. Onlar yaxşı oynadılar, bizdən daha çox hücumlar etdilər. Xüsusən də ikinci hissə bizim üçün kabus kimi idi. Öz oyunumuzu göstərə bilmədik".

Newsport.az xəbər verir ki, bu sözləri Danimarkanın "Kopenhagen" klubunun baş məşqçisi Stale Solbakken deyib. Paytaxt təmsilçisi ölkə çempionatının 4-cü turunda rəqib meydanında “Brondbü” ilə qarşılaşıb. Derbi oyunu "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi üçün uğursuz alınıb. Son dəqiqədə Tibblinqin vurduğu qol “Kooenhagen”in 0:1 hesablı yenilgisinə səbəb olub. 

Matçdan sonra jurnalistlərin suallarını cavablandıran mütəxəssis fikirlərini bildirib: "Düşünürəm ki, biz rəqibdən güclü olmalı idik. Çünki "Brondbü" bir neçə gün öncə Avropa Liqasında matç keçirib və bir qədər yorğundur. Amma bizim gözlədiyimizin əksi oldu. Komandamızda bəzi çatışmazlıqlar var ve onları tez bir zamanda aradan qaldırmalıyıq". 

Çalışdırıcı komandasının üzərində təzyiq olduğunu vurğulayıb: "Həm Çempionlar Liqasında, həm də çempionatda mübarizə aparırıq. İki cəbhədə vuruşsaq da, daxili çempionatda çox xal itkisinə yol verə bilmərik. Mövsümün əvvəli olsa da, komandamın üzərində təzyiq var".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right