"Borussiya"dan Dembele açıqlaması

"Borussiya"nın idman direktoru Mixael Zork komandanın gənc ulduzu Usman Dembelenin "Barselona"ya transferi ilə bağlı yayılan şaiələrə münasibət bildirib.

Newsport.az xəbər verir ki, Dortmund klubunun rəsmisi bu məlumatları təkzib edib:

"Dembelenin transferi ilə bağlı heç bir komanda ilə anlaşma əldə etmədik. Dembele bizim futbolçumuzdur. Bu barədə danışmaq məntiqə sığmır".

Qeyd edək ki, Neymarı PSJ-yə 222 milyon avroya satan "Barselona"nın Dembeleni transfer hədəfinə aldığı barədə məlumatlar dolaşırdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right