Millimizin üzvü Premyer Liqada növbəti oyununa çıxdı

Ukrayna Premyer Liqasında 4-cü turun oyunları keçirilib. 

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" səfərdə "Çernomorets"lə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 2:2. 

Start heyətdə meydana çıxan millimizin üzvü bu görüşün sonunadək meydanda olub. O, 25-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

"Aleksandriya" 4 turdan sonra 3 xalla 12 klub arasında 10-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right