Renat Dadaşov qol vurdu, "Ayntraxt" qalib gəldi

Almaniya Bundesliqasının yeni mövsümünə hazırlaşan "Ayntraxt" növbəti sınaq matçını keçirib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi bu kollektiv Frankfurtun digər təmsilçisi "FSV Frankfurt" klubu ilə üz-üzə gəlib və bu oyundan qələbə ilə ayrılıb - 5:2.

Dadaşov da bu qarşılaşmanın iştirakçısı olub. “Ayntraxt”ın baş məşqçisi Niko Kovaç bir gün öncəki İspaniya "Betis"i ilə oyundan fərqli, bu dəfə həmyerlimizə şans verməyib. Fasilədən sonra meydana çıxan Renat 47-ci dəqiqədə qol vurmaqla komandasının qələbəsinə töhfə verib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right