Futbolçumuz sıradan çıxdı, komandası qalib gəldi

Hollandiyanın "Den Boş" klubu növbəti mövsümə hazırlığını davam etdirir. 

Newsport.az-ın məlumatına görə, birinci divizionda mübarizə aparan azərbaycanlı futbolçu Ziya Əzizovun şərəfini qoruduğu kollektiv yoxlama oyunu keçirib. Hollandiyanın digər təmsilçisi "Linden"lə qarşılaşan futbolçumuzun komandası meydandan 3:1 hesablı qələbə ilə ayrılıb.

Əzizov da bu görüşün ilk dəqiqələrindən meydanda olub. Lakin qarşılaşmanın 31-ci dəqiqəsində ağır zədə alan Ziya meydanı erkən tərk etmək məcburiyyətində qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right