Obameyanq qərarını açqladı

Qabon millisinin üzvü Pyer-Emerik Obameyanq gələcək karyerası ilə bağlı qərarını açıqlayıb. Futbol11.az xəbər verir ki, hücumçu karyerasını hazırkı klubu "Borussiya"da davam etdirəcək.

Çin klublarından və "Milan"dan sərfəli təklif alan forvard ən azı gələn mövsümü də Dortmund təmsilçisinin heyətində keçirəcək. O, məsələyə belə münasibət bildirib: "Üzümüzə gələn mövsümü də "Borussiya"nın heyətində keçirəcəm. Bura mənim evimdir".

Qeyd edək ki, 2013-cü ildən "Borussiya"nın formasını geyinən Pyer-Emerik Obameyanq ötən mövsüm 31 qolla Bundesliqanın bombardiri olub

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right