Uesli Sneyderin yeni klubu bəlli oldu

Hollandiya millisinin üzvü Uelsi Sneyderin yeni klubunun adına aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, "Qalatasaray"la yollarını ayıran futbolçu karyerasını Fransada davam etdirəcək. 

İtaliyanın "Sampdoriya" klubuna keçəcəyi gözlənilən futbolçu sürpriz qərar qəbul edib. O, Fransa yüksək liqasında mübarizə aparan "Nitsa" klubu ilə anlaşıb. 

Bu barədə məlumatı "Nice-Matin" qəzeti yayıb. Bildirilir ki, Omar Abdulrahmanın keçidini həll edə bilməyən "Nitsa" diqqətni Sneyderə yönəldib. Məhşur italiyalı futbolçu Mario Balotellinin də şərəfini qoruduğu klub ulduz futbolçunun transferini bu gün rəsmən açıqlayacaq. 

Maraqlı məqam burasındadır ki, "Qalatasaray" Sneyderin yerini məhz ötən mövsüm icarə əsasında "Nitsa"da forma geyinən Kiyev "Dinamo"sunun futbolçusu Yunes Belhanda ilə doldurmuşdu. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right