"Monako" rəsmisindən Mbappe açıqlaması

"Monako"nun vitse-prezindeti Vadim Vasilyev adı Avropanın nəhəng klublarıyla hallanan komandanın gənc hücumçusu Kilian Mbappe haqda açıqlama verib.

Newsport.az-ın məlumatına görə, klub rəsmisi oyunçunun ayrılıq tələbi olmadığını bildirib:

"Mbappe heç vaxt bizə ayrılmaq istədiyini söyləməyib. Bu barədə ancaq mətbuatda var. Mbappe sonda doğru qərar verəcək. Məndən soruşsanız, onun komandada qalmasını istəyirəm. Hamımız Mbappenin adına düzgün qərar verməliyik. Önəmli olan yalnız klubun və ya futbolçunun deyil, hər iki tərəfin düzgün qərar verməsidir".

Qeyd edək ki, bir müddət əvvəl İspaniyanın "Marca" qəzeti "Real"ın Mbappe transferində "knyazlıq klubu" ilə razılığa gəldiyini yazmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right