UEFA "Legiya" azarkeşlərinin pankartına görə araşdırmalara başladı

UEFA “Legiya” (Polşa)  - "Astana" (Qazaxıstan) (1:0) matçında meydan sahiblərinin azarkeşləri tərəfindən açılan pankartlarla bağlı araşdırmalara başlayıb.

Newsport.az-ın məlumatına görə, oyunda "Legiya" klubunun azarkeşləri 1994-cü ildə faşistlər tərəfindən qətlə yetirilən insanları pankartda yad ediblər. Plakatda Varşava üsyanında 160 min insanın qətlə yetirildiyi və onların arasında minlərlə uşaq olduğu qeyd edilib. Həmçinin, alman zabitin azyaşlı uşağın başına silah dirəmiş posteri də nümayiş etdirilib.

UEFA avqustun 17-də qərarını açıqlayacaq.

Qeyd edək ki, "Legiya" "Astana"nı 1:0 hesabı ilə məğlub etsə də, ÇL-in pley-offuna yüksələ bilməyib. Buna səbəb isə ilk oyunda 1:3 hesablı uduzması olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right