Sabiq "Yuventus"lu İtaliyaya qayıtdı

İtaliya A Seriya təmsilçisi "Verona" heyətini gücləndirib.

Newsport.az-ın məlumatına görə, komanda uruqvaylı müdafiəçi Martin Kaseresi transfer edib. 30 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Kaseres son mövsümü İngiltərənin "Sauthempton" klubunda keçirib. Təcrübəli futbolçu "Barselona", "Yuventus", "Defensor", "Vilyarreal", "Rekreativo" və "Sevilya"da da çıxış edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right