"Qəbələ"dən ayrılan futbolçu İngiltərə klubunda

2015-ci ildən “Qəbələ”də çıxış edən, ötən mövsüm komandadan ayrılan Rikardinyo özünə yeni klub tapıb.

Newsport.az -ın məlumatına görə, 32 yaşlı müdafiəçi İngiltərə I Liqasında çıxış edən “Oksford Yunayted”lə müqavilə imzalayıb. Braziliyalı futbolçu 1+1 illik şərtiylə müqavilə bağlayıb.

Xatırladaq ki, o, 2015-ci ildə İsveçin "Malmö" klubundan "Qəbələ"yə keçmişdi. Sol cinah müdafiəçisi son mövsümdə 25 oyunda 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right