"Barselona" Neymarla yollarını ayırdı

Braziliya millisinin üzvü Neymar rəsmən "Barselona"dan ayrılıb. 

Newsport.az xəbər verir ki, bu barədə məlumatı Katoloniya təmsilçisinin rəsmi saytı yayıb. Məlumatda bildirilir ki, futbolçunun vəkili Xuan de Dios Krospu bu gün "Barselona"nın ofisinə gəlib və oyunçunun sərbəst qalması üçün lazım olan məbləği ödəyib.

Bununla da, "Barselona" futbolçunun transfer vərəqəsini özünə verib. Neymarın yaxın günlərdə Fransanın PSJ klubu ilə sözləşmə imzalayacağı gözlənilir. 

Qeyd edək ki, PSJ bu transferə görə "Barsa"ya 222 milyon avro ödəyib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right