"Neftçi"yə daha çox qol vurmalı idik" "Herta"nın baş məşqçisi

“Herta”nın baş məşqçisi Pal Dardai “Neftçi” ilə yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlama verib.

 

Newsport.az xəbər verir ki,  Bundesliqa təmsilçisinin çalışdırıcısı 4:0 hesabı ilə qalib gəlmələrinə baxmayaraq, komandasından daha çox qol gözlədiyini bildirib:

 

“Bir həftədir təlim-məşq toplanışındayıq. Ancaq artıq komandanın işindən razıyam. “Neftçi” ilə oyun vacib idi. Oyunumuzdan razı qaldım. Fikrimcə, daha çox qol vurmalı idik. İlk hissədə yaxşı çıxış etdik. İkinci hissədə isə meydana az çıxan futbolçulara şans verdim. Ümumiyyətlə, bu oyun müəyyən nəticələr çıxarmaq baxımından bizə çox şey verdi. "Qalatasaray"la yoxlama oyununda da bu tempdə çıxış etməliyik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right