Neqredo "Beşiktaş"da FOTO

Türkiyənin "Beşiktaş" klubu heyətinə daha bir futbolçu qatıb.

Newsport.az -ın məlumatına görə, İstanbul nəhəngi ispaniyalı hücumçu Alvaro Neqredo ilə anlaşıb. 31 yaşlı futbolçu bu gün Türkiyəyə gələrək tibbi müayinədən keçəcək və rəsmi müqaviləyə imza atacaq.

Artıq Neqredonun "Beşiktaş" forması ilə fotoları da yayılıb.

Qeyd edək ki, İspaniya yığmasının da formasını geyinmiş Alvaro karyerası ərzində "Rayo Valyekano", "Real", "Almeriya", "Sevilya", "Mançester Siti" və "Midlsbro" klublarında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right