"Monako" növbəti transfer

Fransa çempionu "Monako" növbəti transferini rəsmiləşdirib.

Newsport.az -ın məlumatına görə, sözügedən klub "Renn"də forma geyinən hücumçu Adama Diakabini heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Fransanın gənclərdən ibarət yığmasının da şərəfini qoruyan hücumçu 5 illik müqaviləyə imza atıb.

"Kan" və "Renn" klublarının yetirməsi olan Diakabi peşəkar karyerasına 2016-cı ildən başlayıb. O, geridə qalan mövsümdə "Renn"də keçirdiyi 25 oyunda 4 qola imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right