Messi Neymarla vidalaşdı FOTO

“Barselona”nın hücumçusu Lionel Messi bu həftə PSJ-yə transfer olunacağı gözlənilən komanda yoldaşı Neymarla vidalaşıb.

Newsport.az saytının məlumatına görə, Leo şəxsi “instaqram” hesabında özüylə Neymarın yanaşı qoyulmuş formalarının şəklini paylaşaraq, belə yazıb:

“Səninlə bu illəri paylaşmaq xoş idi, dostum. Sənə həyatının yeni mərhələsində uğurlar arzulayıram. Görüşənədək”.

Xatırladaq ki, Neymar “Barselona”ya 2013-cü ildə, 88,2 milyon avro qarşılığında “Santos”dan transfer edilib. Braziliyalı hücumçunun bu həftə 222 milyon avro qarşılığında PSJ-yə transfer olunacağı gözlənilir.

 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right