“Qarabağ”ın potensial rəqibləri məlum olur

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

 

Newsport.az xəbər verir ki, dünən bir oyun baş tutub. Qitənin ən nüfuzlu turnirindəki təmsilçimiz “Qarabağ” Tiraspolda evdə qolsuz bərabərə qaldığı “Şerif”i məğlub edərək (2:1) tarixində ilk dəfə pley-offa vəsiqə qazanıb.

 

Bu gün keçiriləcək 14 oyunla pley-off mərhələsinin bütün iştirakçılarının adına aydınlıq gələcək. Bu cütlərdən 9-u “Qarabağ” kimi Çempionlar yolunda mübarizə aparır. Azərbaycan çempionu pley-offa yüksəlsə, məhz bu cütlərin qalibləri ilə qarşılaşa biləcək.

 

UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunları
 Çempionlar yolu 

 
21:00. BATE (Belarus) - “Slaviya” (Praqa, Çexiya)
İlk oyun
 – 0:1
 
21:00. APOEL (Kipr) - “Vitorul” (Rumıniya)
İlk oyun 
– 0:1
 
22:00. “Kopenhagen” (Danimarka) -  “Vardar” (Makedoniya)
İlk oyun
 - 0:1
 
22:30. “Ludoqorets” (Bolqarıstan) - “Hapoel” (Beer Şeva, İsrail)
İlk oyun
 – 0:2
 
22:30. “Hafnarfyordur” (İslandiya) - “Maribor” (Sloveniya)
İlk oyun 
– 0:1
 
22:45. “Olimpiakos” (Yunanıstan) - “Partizan” (Serbiya)
İlk oyun
 – 3:1
 
22:45. “Legiya” (Polşa) - “Astana” (Qazaxıstan)
İlk oyun 
– 1:3
 
22:45. “Riyeka” (Xorvatiya) - “Zalsburq” (Avstriya)
İlk oyun 
– 1:1
 
22:45. “Rusenborq” (Norveç) - “Seltik” (Şotlandiya)
İlk oyun
 – 0:0
 
Liqa yolu
 
21:00. MOİK (Moskva, Rusiya) - AEK (Yunanıstan)
İlk oyun
 – 2:0
 
21:45. “Başakşəhər” (Türkiyə) - “Brügge” (Belçika)
İlk oyun 
– 3:3
 
22:15. “Viktoriya” (Çexiya) - “Styaua” (Rumıniya)
İlk oyun 
- 2:2
 
22:15. “Yanq Boyz” (İsveçrə) - “Dinamo” (Kiyev, Ukrayna)
İlk oyun
 – 1:3
 
22:45. “Ayaks” (Hollandiya) - “Nitsa” (Fransa)
İlk oyun –
 1:1





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right