"Mançester Siti"dən "Lester"ə keçdi

"Mançester Siti" hücumçusu Keleçi İheanaço ilə yolları ayırıb.

Newsport.az-ın məlumatına görə, 20 yaşlı forvardın yeni klubu aydın olub. Nigeriya millisinin üzvü Premyer Liqanın digər təmsilçisi "Lester Siti"yə transfer olub. Bu barədə "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola məlumat verib. İngiltərə mətbuatında yer alan xəbərə görə, "tülkülər" İheanaço üçün "Mançester Siti"yə 28 milyon avro təzminat ödəyib. "Lester Siti" Keleçini tezliklə ictimaiyyətə təqdim edəcək.

Qeyd edək ki, gənc futbolçu 2014-cü ildən "Mançester Siti"də çıxış edir və keçirdiyi 46 oyunda 12 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right