UEFA "Mançester Yunayted"in 2 oyunçusunu cəzalandırdı

UEFA İngiltərənin "Mançester Yunayted" klubunun futbolçuları Fil Cons və Deyli Blində cəza tətbiq edib.

Newsport.az-ın məlumatına görə, Cons ötən mövsüm Avropa Liqasının finalında "Ayaks"la matçdan (2:0) sonra ondan dopinqi-test üçün nümunə almaq istəyən işçiləri təhqir etdiyi üçün 2 oyunluq cəzalandırılıb və 5 min avro məbləğində cərimələnib.

Blind isə dopinq-testindən keçmədiyi üçün 5 min avro ödəməli olacaq.

Bundan başqa, hər iki futbolçunun hərəkətinə görə "Mançester Yunayted" də 10 min avro məbləğində cərimələnib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right