İngiltərədə penaltilər seriyası fərqli olacaq

2017/18 mövsümündə İngiltərə futbolundan yeni sistemdən istifadə olunacaq. 

Newsport.az-ın məlumatına görə, İngiltərə Liqa Kubokunda və digər yarışların pley-off mərhələlərində oyunsonrası penaltilər seriyası fərqli şəkildə istifadə olunacaq.

Yeni sistemin adı ABBA-dır. Belə ki, daha əvvəl penalti seriyasında iki komanda növbəli şəkildə zərbə vururdularsa, indi əvvəlcə A komandası zərbə endirəcək. Ardınca B komandası iki ardıcıl zərbə vuracaq, daha sonra A komandası iki dəfə cəhd edəcək və s. 

Mütəxəssislər ABBA sisteminin komandaların üzərindəki təzyiqi azaldacağını düşünür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right