Burak Yılmaz Türkiyə klubunda

Türkiyə millisinin üzvü Burak Yılmazın yeni klubunun adına aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, son iki mövsümü Çinin "Pekin Qoyan" klubunun heyətində keçirən hücumçu karyerasını ölkəsində davam etdirəcək. 

Belə ki, 32 yaşlı futbolçu "Trabzonspor" klubu ilə münasibətlərini rəsmiləşdirib. 

Bu barədə məlumatı Qara dəniz təmsilçisinin prezidenti Muharrem Usta verib. O, Burakın keçidini həll etdiklərini və forvardla yaxın günlərdə müqavilə imzalayacaqlarını bildirib. 

Qeyd edək ki, Burak 2010/12-ci illərdə "Trabzonspor"un uğurları üçün çalışıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right