Məsimov üçün 45 dəqiqə və darmadağın

Rusiya birinci divizionunda bu gün 5-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Samir Məsimovun klubu “Fakel” “Sibir”in qonağı olub və ağır məğlubiyyətə uğrayıb – 0:4.

Məsimov əsas heyətdə meydana çıxsa da, fasilədən dərhal sonra - 46-cı dəqiqədə əvəzlənib. Onun yerinə erməni futbolçu Arustamyan meydana daxil olub.

Qeyd edək ki, 5 turdan sonra “Fakel” 12-ci yeri tutur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right