Türkiyə millisinin sabiq üzvü sərbəst buraxıldı

Türkiyənin “Başakəşəhər” klubunun sabiq futbolçusu Bekir İrtegün sərbəst buraxılıb. 

Newsport.az-ın məlumatına görə, 33 yaşlı müdafiəçi bir neçə gün öncə Fətullahçı Terror Təşkilatının (FETÖ) “ByLock” kömpüter proqramından istifadə etməkdə şübhəli bilindiyi üçün həbs olunmuşdu. Lakin o, izahatı alındıqdan sonra bu gün azadlığa buraxılıb.

Qeyd edək ki, Türkiyə yığmasının heyətində 10 oyun keçirən Bekir İrtegün 2009-2015-ci illərdə “Fənərbaxça”da çıxış edib. Onun son iş yeri bir neçə gün əvvəl yollarını ayırdığı “Başakşəhər” klubu olub. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right