Şeydayev "Jilina"ya lazım olmadı

Slovakiya çempionatında 2-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu son çempion "Jilina" doğma meydanda "Tatran"la qarşılaşıb. Beş qolun vurulduğu oyun futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 2:3. Millimizin forvardı bu qarşılaşmanın iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.

Xatırladaq ki, ilk turda da məğlubiyyətlə üzləşmiş "Jilina" hazırda sonuncu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right