“Qalatasaray” “Mançester Siti”dən futbolçu aldı

Türkiyənin “Qalatasaray” klubu İngiltərə Premyer Liqasında çıxış edən futbolçusunu heyətinə qatır.

Newsport.az-ın məlumatına görə, klub “Mançester Siti”də forma geyinən yarımmüdafiəçi Fernando Fransisko Rejesi transfer edib.

Müqaviləyə əsasən Fernandoya 3 milyon avro, klubu "Mançester Siti"yə 5,25 milyon avro ödəniləcək. Futbolçu iyulun 30-dək İstanbula gəlib tibbi müayinədən keçərək, rəsmi müqaviləyə imza atacaq.

30 yaşlı Fernando daha əvvəl Braziliyanın "Vila Nova", Portuqaliyanın "Portu" və "Eştrela" komandalarında da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right