"Şapekoense" faciəsində sağ qalan futbolçu 239 günlük həsrətə son qoydu

Ötən ilin noyabr ayında "Şapekonse"nin təyyarə qəzasında yaralı olaraq xilas olan Alan Ruşel yaşıl meydanlara qayıdıb.

Newsport.az-ın məlumatına görə, 27 yaşlı futbolçu “Şapekoense”nin Braziliya C seriyası təmsilçisi “İpirenga” ilə yoxlama oyununun 50-ci dəqiqəsində meydana daxil olub. Bununla da, Ruşel 239 gündən sonra yaşıl meydana qayıdıb.

Xatırladaq ki, “Şapekoense” komandasını daşıyan təyyarənin qəzaya uğraması nəticəsində 71 nəfər həlak olmuşdu.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right