UEFA-dan klublara xəbərdarlıq: "Heç kimə güzəşt olunmayacaq"

UEFA maliyyə fair-pleyi ilə bağlı yeniliklər edəcək.

Newsport.az-ın məlumatına görə, bu barədə fair-pley komissiyasının direktoru Andrea Traverso məlumat verib. O, şərtləri daha da sərtləşdirmək niyyətində olduqlarını bildirib:

“Daim klublarla danışıqlar aparırıq. Onlar da transfer bazarının detallarını yaxşı bilir. Maliyyə fair-pleyi şərtləri isə sərtləşdiriləcək. Heç kimə güzəşt olunmayacaq. Klublar transfer bazarında azad olacaq. Amma onların fəaliyyəti qaydalar çərçivəsindən kənara çıxmamalıdır”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right